YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Azərbaycanın beynəlxalq nüfuzu bizə imkan verdi ki, Qarabağ həqiqətlərini dünya birliyinə çatdıraq və çatdırdıq

Əfsuslar olsun Ermənistanın nəzarətində olan beynəlxalq media resursları, satılmış siyasətçilər, onların xaricdəki havadarları, erməni lobbisi - onlar belə bir rəy yaratmışdılar ki, sanki Azərbaycan təcavüzkardır. Azərbaycan torpaqları işğal altına düşən zaman bəzi ölkələr bizə qarşı sanksiyalar tətbiq etmişdilər. Yəni, biz öz diplomatik imkanlarımızdan faktiki olaraq istifadə etmirdik.

Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdəki çıxışında söyləyib.

“Ona görə bütün dünyaya sübut etməli idik ki, biz haqlıyıq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə beynəlxalq müstəvidə çox fəal iş aparırdıq. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Yəni, bu, çox önəmli beynəlxalq hüquqi zəmin idi ”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bununla paralel olaraq, Azərbaycanın bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratdığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, təkcə Avropa İttifaqına üzv ölkələrin doqquzu Azərbaycanla strateji tərəfdaşlıq bəyannamələri imzalayıb: “Yəni, bu beynəlxalq əlaqələr və Azərbaycanın beynəlxalq nüfuzu bizə imkan verdi ki, daha çox dostlar qazanaq, eyni zamanda, Qarabağ həqiqətlərini, erməni işğalı ilə bağlı həqiqətləri dünya birliyinə çatdıraq və çatdırdıq”.