YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş şahmat turniri davam edir

Noyabrın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş şahmat turnirinin play-off mərhələsinə yekun vurulub.

Play-off mərhələsində qalib gələn kişilər üzrə Yasamal, Quba, Saatlı, Göygöl, Hacıqabul,  qadınlar üzrə isə Nəsimi, Sumqayıt, Ağcabədi, Gəncə, Zaqatala komandalarının iştirakçıları noyabrın 12-də Bakı Gənclər Mərkəzində keçiriləcək final mərhələsində I-III yerlər üzrə mübarizə aparacaqlar.