YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Pirallahı rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının gənc fəallarının Heydər Əliyev Mərkəzinə ekskursiyası davam edir.

Noyabrın 5-də YAP Pirallahı rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Partiya fəalları Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, əyani vəsaitlərlə tanış olublar.