YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatının ərazi partiya təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqı və ölkəni ağır problemlərdən, məhv olmaq təhlükəsindən xilas edib.  Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz Qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi.

Tərtər Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Sərxan Cəlahani Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının qazandığı böyük nailiyyətlərdən danışıb.

Tədbirdə, həmçinin ərazi partiya təşkilatlarının üzvləri Ülviyyə Paşayeva, Sərdar Həsənov, Fidurə Niftalıyeva və Gülşən Bayramova çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şanlı inkişaf yoluna nəzər salıblar.