YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan ərazilərini işğaldan azad edərək regionda geosiyasi mənzərəni dəyişdirib

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər dövlətimizin başçısının siyasi iradəsinin və qətiyyətinin nəticəsidir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 5-də keçirilən iclasında deyib.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan öz gücü hesabına ərazilərini işğaldan azad edərək regionda geosiyasi mənzərəni dəyişdirib.

“Prezidentimizin dediyi kimi, biz xoşbəxt nəsilik ki, bu hadisənin şahidləri və iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər bununla hər zaman fəxr edəcəklər.

Bu gün Qarabağ və Şərqi Zəngəzur özünün yeni dövrünü yaşayır. Tezliklə insanlarımız öz evlərinə qayıdacaqlar”, - deyə Sahibə Qafarova bildirib.

Milli Məclisin sədri qeyd edib ki, Ermənistan sülh üçün mövcud imkanlardan istifadə edərsə, tezliklə iki ölkə arasında sülh müqaviləsinin bağlanması mümkündür.