YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yeni yaradılan iş yerlərinin sayı artıb

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 01 yanvar 2014-cü ildən bu ilin aprelin 1-nə qədər olan dövr ərzində 130 mini daimi iş yeri olmaqla, ümumilikdə 157,5 min yeni iş yeri yaradılıb.  Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin I rübü ərzində ölkədə 30 min yeni, o cümlədən 25 min daimi iş yeri açılıb. Bu dövr ərzində açılmış iş yerlərinin 77,7%-i qeyri-dövlət sektorunda açılıb.

Yeni iş yerlərinin 68,6%-i regionların, o cümlədən 19,9%-i Aran, 14,1 faizi Gəncə-Qazax, 2,3%-i Naxçıvan, 6,3%-i Lənkəran, 4,8%-i Şəki-Zaqatala,4,8%-i Quba-Xaçmaz, 3,0%-i Yuxarı Qarabağ, 7,0%-i Abşeron, 5,4%-i Dağlıq Şirvan, 1,0%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb.

Daimi iş yerlərinin 11,2%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 9,1%-i mövcud müəssisə və təşkilatlarda, 0,5%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 79,2%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.

Müəssisələrdə açılmış daimi iş yerlərinin 4,5%-i tikinti, 1,4%-i emal sənayesi, 2,2%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 0,3%-i nəqliyyat və anbar təsərrüfatın, 1,9%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,1%-i təhsil, 0,3%-i informasiya və rabitə, 0,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,9%-i peşə, elmi və texniki fəaliyyət, 1,0%-i maliyyə və sığorta fəaliyyəti, 1,1%-i kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb. 

DİGƏR Xəbərlər Arxiv