YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Riqada toplaşırlar

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün Riqada növbəti toplantı öz işinə başlayır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları toplantıda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına və bu ilin aprelində keçirilmiş III Qlobal Bakı Forumunun nəticələrinə dair müzakirələr aparacaqlar.

İki gün davam edəcək toplantıda Avropa Qonşuluq Siyasətinin ümumi strateji məqsədləri və nəticələri, Avropanın bugünkü mövqeyi, qonşuluq siyasətinin həyata keçirilməsinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin verə biləcəyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılacaq.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumciya, Moldovanın keçmiş dövlət başçısı Petru Luçinski, Albaniyanın sabiq Prezidenti Recep Meydani iştirak edəcəklər.

Bundan başqa, müzakirələrə Slovakiyanın sabiq hökumət başçısı İveta Radikova, Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov, Serbiyanın sabiq dövlət rəhbəri Boris Tadiç, Sloveniyanın keçmiş Prezidenti Danilo Turk, Ukraynanın keçmiş rəhbəri Viktor Yuşşenko, Latviyanın sabiq Prezidenti Valdis Zatlers də qatılacaq.

 

DİGƏR Xəbərlər Arxiv