YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Portuqaliyalı velosipedçi birinci Avropa Oyunlarına yetişmək üçün 6600 kilometrlik məsafəni 62 günə qət edəcək

Portuqaliyalı velosipedçi Jorge Kristovao “Bakı-2015” ilk Avropa Oyunlarına yetişmək üçün 6600 kilometrlik yolu 62 günə qət etməkdə israrlıdır. Aprelin 10-da Portuqaliyadan yola düşən idmançı mayın 13-də Yunanıstan ərazisindən Türkiyəyə daxil olub. Velosipedçi mayın 17-də İstanbuldan yola düşüb.

Türkiyə Milli Olimpiya Komitəsində olan avropalı idmançı mayın 29-da Gürcüstana çatacağından əminliyini bildirib. Atlet Gürcüstandan Bakıyadək məsafəni isə iyunun 10-dək qət etmək niyyətindədir.

J.Kristovao uzun məsafəni qət etməkdə əsas məqsədinin keçdiyi ölkələrdə insanların diqqətini “Bakı-2015” birinci Avropa Oyunlarına cəlb etmək olduğunu bildirib.

 

DİGƏR Xəbərlər Arxiv