YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan mədəniyyətlərarası dialoqa mühüm töhfə verir

Azərbaycan Mədəniyyətlərarası dialoqa mühüm töhfə verir və Mədəniyyətlərarası dialoqda mühüm rol oynayan güclü dövlətdir. Dinlər və etnik qruplar arasında münasibətlər baxımından Azərbaycan dünyaya nümunə ola bilər.

Bu sözləri Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun “İpək yolu” təşəbbüsü və bu təşəbbüsün hazırkı dövrdə Mədəniyyətlərarası dialoq üçün yaratdığı imkanlar” panelində iştirak edən, Milli İrs Mərkəzinin direktoru Lyu Çjou  deyib.

L.Cjou bildirib ki, dünyada bir çox ölkələr çətinliklərlə rastlaşsalar da, Azərbaycan dini, mədəni zənginliyini qoruyub. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda tolerantlığın qorunmasından fərəhlənirik. Bu ölkədə məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, belə nümunələrdən istifadə edilməlidir. Mədəniyyətlərarası dialoq orta və ali məktəblərdə tədris proqramlarına salınmalıdır. UNESCO Azərbaycanda savadlılığın 95 faiz olduğunu açıqlayıb, bu, böyük göstəricidir. Azərbaycanın inkişafı böyük təəssürat oyadır. Azərbaycan mədəniyyəti ilə tanış olmaqdan qürur hissi duyuruq.

Artıq üçüncü dəfə forumda iştirak etdiyini qeyd edən L.Cjou vurğulayıb ki, Bakıda ilk Avropa Oyunlarının keçirilməsi ölkəmizin mədəniyyət və idmana göstərdiyi diqqət və qayğının növbəti göstəricisidir.