YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi hər zaman əziz tutulur

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən Biləsuvar rayonunun igid oğulları - Günəşli kəndindən Vətən Müharibəsi Qəhrəmanı, kapitan Babayev Nihad Akif oğlunun, Aşağı Cürəli kəndindən Mirzəyev Orxan Əli oğlunun, Biləsuvar şəhərindən Mahmudlu Babək Süleyman oğlunun şəhadətə yüksəlmələrinin ikinci ildönümü qeyd olunub.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, şəhid valideynləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunub.