YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Beynəlxalq təşkilatlar tolerantlığın bütün ölkələr üçün zəruri olması barədə sənəd qəbul etməlidir

Dünyanın beynəlxalq təşkilatları tərəfindən tolerantlığın bütün ölkələr üçün zəruri olması barədə sənədin qəbul edilməsi önəmlidir. Bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Zorakı ekstremizmə qarşı mübarizə: dini plüralizmin təşviqində və müştərək rifah halının yüksəldilməsində dini liderlərin rolu" mövzusunda keçirilən "Dialoq transformasiya vasitəsi kimi" plenar iclasında çıxış edərkən deyib.

Komitə sədri təklif edib ki, bu zəruriliyi ölkələrin hökumətləri bir öhdəlik olaraq öz üzərilərinə götürməlidirlər. Bu, ölkələrin qanunlarında, qəbul etdikləri konvensiyalarda öz əksini tapmalıdır. Tolerantlığa zidd təbliğat aparan ölkələr haqqında müəyyən addımlar atılmalıdır.
Azərbaycanın tolerant ölkə olduğunu xatırladan M.Qurbanlının sözlərinə görə, din o zaman radikalizm, ekstremizim forması alır ki, o, siyasətlə qarışmış olur: "Әgər din mənəvi məfhum kimi qalsaydı, insanlar bəlkə də din pərdəsi altında bir-biri ilə savaşmazdı. Dinlərimizin müqəddəsləri haqqında pis fikir səsləndirmək olmaz. Bununla bağlı media da diqqətli olmalıdır. Cahillik, savadsızlıq olan yerdə mütləq radikalizm və onun fəsadları özünü göstərir".
M.Qurbanlı qeyd edib ki, bu gün Azərbaycanda müxtəlif dini cərəyanların qolları sərbəst şəkildə fəaliyyət göstərir. Azərbaycan dövləti hər il müxtəlif dini icmalara büdcədən yardım ayırır.
 

 

DİGƏR Xəbərlər Arxiv