YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Qaxda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 1-də Qax şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Sonra rayon Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları önünə gül dəstələri düzülüb.

Tədbir Dövlət Himninin səsləndirməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ötən 30 il ərzində zəngin siyasi yol keçərək, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynayıb: “Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlər Ulu Öndərin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.”

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxışında Yeni Azərbaycan Partiyasının keçdiyi zəngin inkişaf yoluna nəzər salmaq üçün bu dövrün mərhələlərə bölünməsinin vacibliyini vurğulayıb. Aynur Sofiyeva bildirib ki, partiya daim təkmilləşməyə və yeniliklərə açıq bir siyasi təşkilatdır. Vətən müharibəsində qazanılan qələbədə də partiyanın yürütdüyü ideologiyanın rolu danılmazdır.

YAP Təftiş Komisiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bu gün yeni-yeni nailiyyətlərə imza atıb: “YAP sadəcə ötən 30 ildə ölkəmizin uğurlu inkişafının aparıcı qüvvəsi deyil, həm də gələcək zəfərlərin zaminidir.”

Tədbirdə 1 saylı tam orta məktəbin direktoru Mədinə Heydərova, şəhid atası Çingiz Qarayev, Vətən müharibəsi iştirakçısı və Ləkit kənd ərazi partiya təşkilatının sədri Qamət Hacıyev çıxış ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri, bir qrup müharibə iştirakçısına isə “Vətən müharibəsi iştirakçısı” medalları təqdim edilib.