YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Şəmkirdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 1-də Şəmkir Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Sonra Şəmkir Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə “Yeni Azərbaycan Partiyası zəfərlərlə dolu 30 il” mövzusunda məruzə ilə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışıb. Vurğulayıb ki, YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, yarandıqdan 6 ay sonra iqtidar partiyasına çevrilib. Bu hadisənin özü xalqın ümummilli lider Heydər Əliyevə inam və etimadını ifadə edən mühüm faktdır. 30 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib.

YAP Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında 30 il öncə Azərbaycanda mövcud ağır durumun yeni bir siyasi təşkilatın yaranması zərurətini ortaya qoyduğunu qeyd edib. Bildirib ki, bu məqsədlə Azərbaycanın bir qrup qabaqcıl ziyalısının xalqın iradəsini ifadə edən müraciətinə cavab olaraq ulu öndər Heydər Əliyev YAP-ın yaradılmasına razılıq verdi: “YAP müstəqillliyə qovuşan ölkəmizin həyatında ən təlatümlü, həyacanlı zamanda yaradıldı. Təsis edilməsinin 30-cu ildönümünü isə partiyamız ölkə tarixinin ən şanlı günlərində qeyd edir”.

YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar: “Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiya ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə YAP-ın yaranma və inkişaf tarixindən bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin, atılan uğurlu addımların nəticələri Azərbaycanın və partiyamızın həyatında özünü aydın şəkildə göstərir.

Milli Məclisin deputatı Kamran Bayramov çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial-iqtisadi islahatlar aparılır, geniş abadlıq-quruculuq işləri görülür. Qazanılan nailiyyətlər Azərbaycanın qüdrətinin daha da artmasını şərtləndirir.

Tədbirdə Şəmkir rayonu Dağ-Cəyir kənd ərazi partiya təşkilatının sədri Famil Həmidov və Şəmkir rayonu Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatının sədri Roza Orucova çıxış ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.