YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Cəbrayıl rayonunda YAP-ın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Noyabrın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər. Sonra 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə KompleksindəAzərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yad olunub, abidələri önünə gül-çiçək dəstələri qoyulub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev çıxış edərək bildirib ki, partiyamız ötən 30 il ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçib, çox mühüm, tarixi əhəmiyyətə malik olan nailiyyətlər qazanıb: “Ötən illərdə olduğu kimi, bu gün də öz proqramında müstəqil dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolu və nüfuzu durmadan artır”.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında YAP-ın 30 ildə gördüyü işlərdən, qazandığı böyük uğurlardan və partiyamızın rəhbərinin uğurlu siyasətindən danışıb. Qeyd edib ki, 30 il müddətində hər zaman uğurlara imza atan YAP xalqın etimad etdiyi ünvana çevrilib.

YAP İdarə Heyətinin üzvü Bayram Aslanov çıxışında 44 günlük Vətən müharibəsində xalqın birliyi və qazanılan Zəfərdən söhbət açıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfəsini verdiyini söyləyib.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxışında deyib ki, partiya daim təkmilləşməyə və yeniliklərə açıq bir siyasi təşkilatdır: “Vətən müharibəsində qazanılan qələbədə də partiyanın yürütdüyü ideologiyanın rolu danılmazdır”.

Tədbirdə partiya veteranı, Əməkdar müəllim Rəhim Rəhimov, Soltanlı kənd tam orta məktəbin direktoru Aygün Hüseynova və gənc partiya fəalı Əli Məmmədli çıxış ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.

YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri, 44 günlük Vətən müharibəsində iştirak etmiş bir qrup müharibə iştirakçısına medallar təqdim olunub.