YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı qələbəyə inanırdı

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri       

27 sentyabr 2020-ci il tarixində  işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra zəfərlə başa çatan Vətən müharibəsi nəinki bizlərin, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların dövlətçiliyimizin qoruması, ərazi bütövlüyünün təmin edilməsi, milli birliyin möhkəmləndirilməsi işinə sadiqliyinin sınağı oldu. Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi.

Biz bu tarixi qələbəmizin şahidləri və iştirakçıları kimi əlbəttə çox sevinirik və vətənimiz, xalqımız, ordumuz üçün qürur hissi keçiririk. Bu Vətən müharibəsində rəşadətli ordumuzun Qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyuruq.

Hər bir Azərbaycan vətəndaşı həmişəlik yadda saxlamalıdır ki, 8 Noyabr 2020-ci il tarixdə qazandığımız tarixi qələbə Azərbaycan dövlətinin tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Rəşadətli Azərbaycan Ordusudur.

Dövlətin başçısı milli ruhun daşıyıcısı və ilhamverici qüvvəsi olaraq  bütün vətəndaşların güc və enerjisini qələbəyə yönəltdi. Qələbə, milli varlığımızı, bütövlükdə milli ruhumuzu yeni-yeni keyfiyyətlərlə doldurur, onu yaşadır, əbədi edir. Aydın dərk edilmiş və mübarizədə bərkimiş vətənpərvərlik isə insanı hər zaman qəhrəmanlığa, şərəfli ömür sürməyə və əməli ilə vətəni, dövləti şərəfləndirməyə sövq edir. 44 günlük  Vətən müharibəsi vətəndaşlarımızın uzun illər vərdiş etdikləri həyata baxışını dəyişərək qalibiyyət ruhunda olmalarını təmin etdi.

Hazırda Möhtərəm Prezidentimizin apardığı məqsədyönlü siyasətə əsaslanaraq əminiklə deyə bilərik  ki, 44 gündə yaşadığımız həmrəylik və möhkəm birlik vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcək.