YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etdi

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın Baş naziri Paşinyanın növbəti görüşü keçirildi. Ekspertlər görüşün çətin keçəcəyi ilə bağlı əvvəlcədən müxtəlif proqnozlar verirdilər.

Rusiya və Ermənistan rəsmilərinin görüş qabağı bütün bəyanatlarına, Ermənistanın təxribat və pozuculuq cəhdlərinə baxmayaraq Prezident İlham Əliyev Soçi görüşündə Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini növbəti dəfə uğurla müdafiə etdi. Keçmiş münaqişənin iki il bundan əvvəl həll olunduğunu açıq və qəti şəkildə ifadə etdi.

Heç şübhəsiz ki, görüş ərəfəsində Paşinyanın və Qarabağ separatçılarının başçılarının verdiyi açıqlamalar, təşkil etdikləri mitinq təsadüfi deyildi. Onlar bu addımlarla müəyyən mesajlar verərək Azərbaycana təsir edəcəklərini düşünürdülər.

Qeyd etmək lazımdır ki, Paşinyanın bütün təxribat və cəhdlərinə baxmayaraq Soçi görüşündə imzalanan yekun bəyanatda Qarabağla bağlı Ermənistanın istədiyi formada heç bir bənd öz əksini tapmadı. Qarabağ və orada yaşayan erməni əhalinin “statusu”ndan bəhs olunmadı. Bu isə öz növbəsində Qarabağla bağlı bütün məsələlərin Azərbaycanın daxili işi olduğu anlamına gəlir.

Ermənistan eləcə də Qarabağdakı separatçılar anlamalıdırlar ki, bütün təzyiq və təxribat cəhdlərinə baxmayaraq Azərbaycan Qarabağla bağlı niyyət və məqsədindən bir addım da geri dönməyəcək. 

Ermənistan vaxt itirmədən konstruktiv mövqe nümayiş etdirməli, 9-10 Noyabr razılaşmasına əməl etməli, öz qeyri-qanuni hərbi silahlı birləşmələrini Qarabağdan çıxarmalı, Zəngəzur dəhlizinin açılmasını təmin etməli, bölgəyə sülhün gəlməsinə mane olmamalıdır.

DİGƏR Xəbərlər Arxiv