YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğur Demircan: İnanırıq ki, Zəngəzur dəhlizi açılacaq və bizi bir-birimizə daha da yaxınlaşdıracaq

Laçına 2 ay bundan əvvəl səyahət etmişdim. Əvvəlki gördüklərimlə indiki arasında yerlə-göy qədər fərq vardır. Qısa müddət ərzində çox işlər görülüb.

İnanırıq ki, Zəngəzur dəhlizi açılacaq və bizi bir-birimizə daha da yaxınlaşdıracaq.

Bunu oktyabrın 31-də Türkiyə Səyyahlar Klubunun üzvlərinin Qarabağ və Şərqi Zəngəzura 3 günlük səfərinin yekunlarına həsr olunmuş brifinqində klubun üzvü Uğur Demircan deyib.

Bildirib ki, Zəngəzur dəhlizinin açılması bizim xəyallarımızı və arzularımızı gerçəkləşdirməklə bərabər, ölkələrimiz arasında ticari əlaqələrin daha da dərinləşməsində əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, türk səyyahların səfəri işğaldan azad olunmuş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında mühüm əhəmiyyət daşıyır. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomadmaniya) rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfər edilib. Bu səfərlərdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.