YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salman Arınc: Türkiyənin milli bayramını işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda qeyd etməkdən şərəf duyduq

Türkiyənin milli bayramını doğma Azərbaycanda, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda qeyd etməkdən şərəf duyduq. Biz bunu məqsədli şəkildə etdik. Özümüz belə istədik ki, məhz həmin ərəfədə Azərbaycanda olaq.

Bunu Türkiyə Səyyahlar Klubunun prezidenti Salman Arınc oktyabrın 31-də klub üzvlərinin Qarabağ və Şərqi Zəngəzura 3 günlük səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Çanaqqala savaşından və Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən uzun müddət işğalından söhbət açan S.Ardınc bildirib ki, günahsız, dinc sakinlərin qətlə yetirilməsi, işgəncələrlə öldürülməsi heç bir insanlığa sığmır. Ermənilər işğal dövründə amansız vəhşiliklər törədiblər, insanlar qətlə yetirilib, doğma yurd-yuvalarından didərgin salınıblar. Qarabağda infrastruktur dağıdılıb, tarixi abidələr məhv edilib.

O, Qarabağa və Şərqi Zəngəzura səyahəti zamanı Türkiyə və Azərbaycan bayraqlarının yanaşı dalğalanmasından qürur və şərəf duyduqlarını dilə gətirib: “Türkiyə hər zaman Azərbaycanın yanındadır və həmişə də belə olacaq”.

Bildirib ki, Azərbaycan yeni inkişaf yolu ilə irəliləyir. Bunun əyani sübutunu işğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının inşası, nəqliyyat-kommunikasiya xətlərinin çəkilməsi bir daha sübut edir.

Qeyd edək ki, türk səyyahların səfəri işğaldan azad olunmuş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında mühüm əhəmiyyət daşıyır. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomadmaniya) rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfər edilib. Bu səfərlərdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki böyük bərpa və quruculuq işləri ilə yerində tanış olublar.

DİGƏR Xəbərlər Arxiv