YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboy rayonunda şəhid atası ziyarət olunub

Milli Məclisin deputatı Anar Məmmədov və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Qarasuçu kəndində Vətən Müharibəsi şəhidi Lətif Məmmədovun atası Faiq Məmmədovu səhhəti ilə bağlı evində ziyarət edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıblar. Ziyarətdə rayon ağsaqqalları və ziyalıları da iştirak edib.

Ziyarətdə iştirak edən Anar Məmmədov və Məhərrəm Quliyev şəhid ailələrinin və qazilərin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daim xüsusi diqqətdə saxlanıldığını, qədirbilən Azərbaycan xalqı tərəfindən şəhidlərin xatirəsinin əziz tutulduğunu bildiriblər.

Şəhid atası və ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. 

Onu da qeyd edək ki, şəhid atası bir müddət əvvəl səhhəti ilə bağlı Gəncə şəhəri Beynəlxalq Xəstəxanasında müalicə alıb.