YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəli Yıldırım: Qəza anından etibarən mənimlə çox yaxından maraqlanan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm

Qəza anından etibarən mənimlə çox yaxından maraqlanan, dəstək verən dost və qardaş Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm.

Bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım İstanbulda müalicə aldığı xəstəxanadan evə buraxılırkən mediaya müsahibəsində bildirib.

Mütəmadi olaraq sağlamlıq vəziyyəti ilə maraqlanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü ifadə edən Binəli Yıldırım hadisə ilə bağlı məlumat verib.

Qəzadan sonra ilkin müdaxilənin Azərbaycanda edildiyini deyən AK Parti sədrinin müavini anında helikopterlə Bakıya Mərkəzi Kliniki Xəstəxanaya çatdırıldığını, Azərbaycanda edilən ilkin müdaxilələrdən sonra isə xüsusi təyyarə ilə Türkiyəyə gətirildiyini və müalicəsinin burada davam etdirildiyini bildirib.

Binəli Yıldırım keçirdiyi bu çətin dövrdə dəstək göstərən hər kəsə təşəkkürünü bildirərək müalicəsinin evdə davam etdiriləcəyini deyib.

Xatırladaq ki, ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılıb, daha sonra isə xüsusi təyyarə ilə İstanbula gətiriliblər. Onların müalicəsi İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasında davam etdirilib.

DİGƏR Xəbərlər Arxiv