YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qanun layihəsi siyasi sistemdə müsbət dəyişikliklər yaradacaq

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Oktyabr 24  Milli Məclisdə siyasi partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmə ali qanunverici orqanla siyasi partiyalar arasında əlaqələrin yeni müstəviyə qədəm qoyduğunun təsdiqi oldu. Siyasi dialoq mühitinin yaranması, qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizdə reallığa çevrilib.

Müzakirələrə, ictimai rəyin öyənilməsinə hər zaman açıq olan Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmə cəmiyyətdə baş verən hadisələrin düzgün qiymətləndirilməsinə xidmət edəcək. Belə ki, ictimai dinləmə zamanı siyasi müstəvidə fərqli siyasi baxışlara, müxtəlif ideologiyalara sahib olan partiyaların rəhbərlərinə və nümayəndələrinə mövcud problemlərin, qarşıda duran məsələlərin həlli baxımından qanun layihəsinə öz münasibətlərini bildirmələri, onun ayrı-ayrı müddəaları barədə konkret rəy və təkliflərini bildirmələri üçün lazımi şərait yaradılıb.

Qalib Azərbaycan statusuna yüksələn, beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmlədən ölkəmizdə bütün sahələri əhatə edən islahatlara geniş meydan verilib. Çoxpartiyalı sistemin inkişafı, bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması, siyasi dialoqun reallaşdırılması da bu islahatların bir qoludur.

Siyasi partiyalarla əməkdaşlığın gücləndirilməsinin nəticəsidir ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə həyata keçirilib. Bu qanun layihəsi Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaq. Eyni zamanda, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması zamanı ictimai rəyin öyrənilməsi xüsusi ilə diqqət mərkəzində dayanır. Bu da ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət edəcək. Eyni zamanda, Milli Məclisdə keçirilən ictimai dinləmə təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst şəkildə ifadə etməsinə imkan yaradıb. Bu cür müzakirələrin keçirilməsi, vətəndaşların ölkənin siyasi həyatına inteqrasiyasının sürətləndirilməsinə və ali qanunverici orqanla siyasi partiyalar arasında əlaqələrin inkişafına zəmin yaradır.

DİGƏR Xəbərlər Arxiv