YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Qazaxda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 26-da Qazax Gənclər Evində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin abidəsini və Qazax Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən videoçarxa və fotoşəkillərinə baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev məruzə ilə çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli inkişaf yolundan ətraflı danışıb.  Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!” devizi altında möhtəşəm qələbələrə doğru inamla, qətiyyətlə addımladığı xüsusi vurğulanıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, xalqımıza çoxsaylı qələbələr bəxş etdiyini söyləyib.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək ümummilli lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu gün Azərbaycanın artıq regionda və dünyada söz sahibinə çevrildiyini diqqətə çatdırıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının ölkəmizdə aparıcı siyasi qüvvə olduğunu bildirib. 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan bəhs olunub.

YAP Qazax rayon təşkilatının ilk sədri Abbas Göyüşov, Vətən müharibəsi qazisi, partiya fəalı Samir Çobanov, gənc partiya üzvü Aydan Əsgərova, partiya veteranı, şair Kazım Kazımlı çıxışlarında Yeni Azərbaycan Partiyasının bundan sonra da mühüm nailiyyətlərə imza atacağına əminliklərini ifadə ediblər.

Sonda rayon təşkilatının həyatında fəal iştirak edən bir qrup partiya üzvlərinə fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi təqdim olunub.