YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Qusarda YAP-ın təsis edilməsinin 30 illiyi qeyd olunub

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyi münasibətilə partiyanın Qusar rayon təşkilatı tərəfindən konfrans keçirilib.

Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsini və rayon Şəhidlər xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirələrinə ehtiramlarını bildiriblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov “Yeni Azərbaycan Partiyası Qələbələr partiyasıdır” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, 30 il müddətində hər zaman uğurlara imza atan YAP xalqın etimad etdiyi ünvana çevrilib. Cənubi Qafqazın ən avanqard siyasi təşkilatı olaraq YAP bu illər ərzində böyük yol qət edib. Müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin başladığı missiyanı Prezident İlham Əliyev müasir idarəçilik prinsiplərinə söykənərək davam etdirməkdədir.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov vurğulayıb ki, Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlər Ulu Öndərin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Partiya daim təkmilləşməyə və yeniliklərə açıq bir siyasi təşkilatdır. Vətən müharibəsində qazanılan qələbədə də partiyanın yürütdüyü ideologiyanın rolu danılmazdır.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov partiyanın ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfəsini verdiyini söyləyib.

YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov YAP-ın Azərbaycan dövlətçiliyinin, onun bu gününün və sabahının qarantı olduğunu bildirib. 

Tədbirdə, həmçinin partiya veteranı Əliyulla Ağalarov, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov, Azərbaycanın Milli Qəhrəmanı şəhid Çingiz Qurbanovun atası Salman Qurbanov, fəal gənc Lamiyə Abdullayeva çıxış ediblər.

Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı isə təşəkkürnamə ilə təltif edilib.