YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daimi Nümayəndələr Şurası “Birliyin mədəniyyət paytaxtları” Dövlətlərarası Proqramının həyata keçirilməsi təcrübəsini müzakirə edəcək

Mayın 19-da MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin təşkilatın nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası keçiriləcək. Bu barədə Birliyin Minskdəki mənzil-qərargahından bildiriblər.

İclasda İcraiyyə Komitəsinin sədri- MDB-nin icraçı katibi Sergey Lebedev iştirak edəcək.

Daimi nümayəndələr “Birliyin mədəniyyət paytaxtları” Dövlətlərarası Proqramının həyata keçirilməsi təcrübəsini müzakirə edəcəklər.

Proqram 2011-ci ildə elan edilmiş MDB-nin Tarixi-Mədəni İrsi İli çərçivəsində təşkilatin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Mədəni Əməkdaşlıq Şurasının təşəbbüsü ilə işlənib hazırlanıb.

Proqram hər il Birlik dövlətlərinin yaradıcı resurslarının, bir qayda olaraq, iki dövlətdə və hər dövlətin bir qeyri-paytaxt şəhərində cəmləşməsini nəzərdə tutur.

Hər il MDB-nin Dövlət Başçıları Şurası Humanitar Əməkdaşlıq Şurasının təqdimatına əsasən şəhərlərin Birliyin mədəniyyət paytaxtları elan edilməsi haqqında qərar qəbul edir.

2013-2014-cü illərdə Qəbələ MDB-nin mədəniyyət paytaxtlarından biri elan edilib. 2015-ci ildə Birliyin mədəniyyət paytaxtları Voronej (Rusiya) və Kuləb (Tacikistan) şəhərləridir.

Daimi Nümayəndələr Şurasının üzvləri proqramın həyata keçirilməsinin müsbət və problemli tərəflərini müzakirə edəcək, onun gələcək inkişafı sahəsində tədbirlər müəyyən edəcəklər.