YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda şəhidin qırx mərasimi keçirilib

Goranboy rayonu Qaradağlı kəndində 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə yüksələn İmamquliyev Ümid Vüqar oğlunun qırx mərasimi təşkil olunub.

Anım mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin məzarını da ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.