YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ağdamda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə partiyanın Ağdam rayon təşkilatı tərəfindən tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ağdam rayonu Quzanlı qəsəbəsindəki ulu öndər Heydər Əliyevin abidəsini, Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompileksini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev “Yeni Azərbaycan Partiyası son 30 illik tariximizin şanlı səhifələrindəndir” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız böyük nailiyyətlər qazanıb. 

Tərbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, YAP bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı uğurlara imza atmaqdadır.

Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib, qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Azərbaycan xalqı bu gün ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir.

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı,  “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün onun ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının 30 illik tarixi şərəfli inkişaf yoludur.

Tədbirdə, həmçinin Ağdam 2 saylı Texniki Peşə məktəbi üzrə ərazi partiya təşkilatının sədri Xanım Əliyeva, Ağdam Dövlət Sosial İqtisad Kolleci üzrə ərazi partiya təşkilatının sədri, professor  Natiq Cavadov, YAP Ağdam rayon təşkilatının veteran üzvü Qədulla Səfərov və Ağdam rayon İcra Hakimiyyəti Aparatında Vətən Müharibəsi Qaziləri və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov Yeni Azərbaycan Partiyasının bundan sonra da mühüm nailiyyətlərə imza atacağını qeyd ediblər.

Tədbirin sonunda şəhid İsizadə Elvin Azim oğluna verilmiş medal atası Azim Quliyevə təqdim edilib.

YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya fəallarına “Təşəkkürnamə” təqdim edilib.