YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Lerikdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 24-də Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerik rayon Mədəniyyət sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunan tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Lerik Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Sonra ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını deyib. M.Mirzəyev vurğulayıb ki, YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, yarandıqdan 6 ay sonra iqtidar partiyasına çevrilib. Bu hadisənin özü xalqın ümummilli lider Heydər Əliyevə inam və etimadını ifadə edən mühüm faktdır.

YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev partiyanın inkişaf yolundan bəhs edib. O bildirib ki, 1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni lideri olan Prezident İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. Bundan sonra partiyaya gənclərin axını başladı. Məhz gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə etimad məsələsi Yeni Azərbaycan Partiyasında gənclərin sırasını daha da genişləndirdi.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı İqbal Məmmədov bildirib ki, partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyanın gücü xalqın rəğbətini, sevgisini qazanmasındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir. Bu gün YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov qeyd edib ki, Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.

Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, şəhid atası Mükafat Yaqubov, Lerik şəhər 2 saylı ərazi partiya təşkilatının sədri Gültəkin Şıxəliyeva, Lerik şəhər 1 saylı ərazi partiya təşkilatının sədri Pərviz Ağaxanlı çıxışlarında partiyanın ötən 30 il ərzində keçdiyi şərəfli yola nəzər salıblar.

Tədbirin sonunda Lerik rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.