YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Baş nazir İrakli Qaribaşvili: Prezident İlham Əliyevin Azərbaycan-Gürcüstan əməkdaşlığına töhfəsi böyükdür

Gürcüstanla Azərbaycan arasında misilsiz dostluq və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə, qarşılıqlı hörmətə söykənir. Əminəm ki, hazırkı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha yüksək səviyyəyə qalxacaq.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında bildirib.

Prezident İlham Əliyevin Azərbaycanın və Gürcüstanın bu qədər yaxın olmasına böyük töhfə verdiyini qeyd edən İrakli Qaribaşvili bugünkü söhbətdə ölkələrimiz arasında sıx tərəfdaşlığın bir daha vurğulandığını söyləyib.