YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–Türkiyə qardaşlığının növbəti nümunəsi

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Azərbaycan dövləti və xalqı müstqəillik tariximizin ən şanlı səhifələrini yazmaqda davam edir. 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra ölkəmizin nəinki regionda, bütövlükdə dünyada dünyada siyasi çəkisi daha da artıb. Eyni zamanda, azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işləri böyük vüsət alıb. Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı da məhz bu işlərin növbəti nümunəsidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 20-də ölkəmizə səfər edərək Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi, eləcə də digər tədbirlərə qatlması, Şərqi Zəngəzurun bərpası istqamətində bir sıra layihələrin təməlini Azərbaycan Prezidenti İlham Əliyevlə birgə atması dövlətlərimizin qardaşlığının nümunəsinin növbəti təntənəsidir. Zəngilan Hava Limanı ən müasir standartlar səviyəsində inşa olunub. Zəngilan Beynəlxalq Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır. O da məlumdur ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimindən sonra Cəbrayıl şəhərində dövlət başçılarının mətbuata verdikləri birgə bəyanat zamanı Prezident İlham Əliyev bildirdi ki, Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Ölkəmizin inamlı Qələbəsinə diqqət çəkən Prezident İlham Əliyev iki il öncə Zəngilan azad olunduqdan bir neçə gün sonra Qubadlının erməni işğalından azad edildiyini və Azərbaycan Ordusunun bir qruplaşmasının Laçın, digər qruplaşmasının isə Şuşaya istiqamətləndiyini xatırlatdı. Noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edilib, Azərbaycan Bayrağı qaldırılıb və ondan sonra Ermənistan təslim olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu şanlı tarixi Azərbaycan və Türkiyənin müştərək tarixi olduğunu qeyd edib.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıla səfərini, hava limanının açılışında iştirakını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsi adlandırdı. Azərbaycanın qardaş Türkiyə kimi qüdrətli dostunun olması ölkəmiz üçün böyük xoşbəxtlikdir. Bu birlik İkinci Qarabağ savaşı zamanı bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı və savaşdan sonrakı dövr Türkiyə-Azərbaycan birliyini daha da gücləndirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycanın Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa işlərini yüksək dəyərləndirdi. O, qardaş Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını vurğuladı. Bütün bunlar bir daha Azərbaycan–Türkiyə qardaşlığının parlaq göstəriciləridir!