YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhidin məzarı ziyarət olunub

Ağstafada Vətən müharibəsi şəhidi Ələkbərov Məhəmmədəli Bayram oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, şəhid ailələri, hərbçilər, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri rayonun Poylu kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Daha sonra tədbir iştirakçıları şəhid Məhəmmədəli Ələkbərovun ailə üzvlərini ziyarət edərək, onlara dərin hüznlə başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıblar.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Məhəmmədəli Ələkbərov 2020-ci il oktyabr ayının 22-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.