YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 22-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib

Sonra tədbir iştirakçıları Zaqatala Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalilarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən güclü siyasi qüvvəsidir.

H.Qurbanov vurğulayıb ki, Azərbaycan xalqı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti tam dəstəkləyir. Qeyd edib ki, regionun güc mərkəzinə çevrilən Azərbaycan dövlətinin nailiyyətlərinin arxasında vətəndaş həmrəyliyi və uğurlu dövlət siyasəti dayanır. 44 günlük Vətən müharibəsinin möhtəşəm zəfərimizlə başa çatmasının əsasında da məhz bu həmrəylik və vətəndaşlarımızın Prezident, Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləməsi dayanır.

Rayon təşkilatının fəaliyyəti haqqında da ətraflı məlumat verən H.Qurbanov diqqətə çatdırıb ki, hazırda ərazi təşkilatlarının sayı 68-ə, üzvlərinin sayı 7 min 150 nəfərə çatıb.

YAP İdarə Heyətinin üzvü Bayram Aslanov çıxışında bildirib ki, Azərbayacanın qazandığı böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

Milli Məclisin deputatı Kamilə Əliyeva isə çıxışında diqqətə çatdırıb ki,   Azərbaycan 1990-cı illərin əvvəllərində uçurumun astanasında idi. Lakin ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

YAP Veteranlar Şurasının üzvü İbrahim Əzizov bildirib ki, ulu öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib.

Daha sonra partiya fəalı, RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova bildirb ki, bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib.

Tədbirdə, həmçinin YAP Zaqatala rayon təşkilatının veteran üzvü, Rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədov, partiya fəalı, Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev, Şəhid, Milli Qəhrəman Natiq Məmmədovun atası Bəşir Məmmədov, ehtiyatda olan baş gizir, Vətən müharibəsi iştirakçısı Elman İsmayılov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən, işğaldan azad olunan ərazilərdə aparılan böyük quruculuq-bərpa işlərindən ətraflı bəhs ediblər.

Sonda çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tofiq Əhmədov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.

Tədbirin sonunda Zaqatala rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, Vətən müharibəsi iştirakçılarına “Vətən müharibəsi iştirakçısı” medalları, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.