YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik etalonuna çevrilib

“Oktyabrın 20-də Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri və Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etməsi, Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz və əyani təzahürüdür. Növbəti dəfə Azərbaycan–Türkiyə qardaşlığına, birliyinə şahidlik etdi. Bu gün Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik etalonuna çevrilmişdir. Dünya tarixində Azərbaycan–Türkiyə qardaşlığı kimi səmimi, möhkəm və dərin köklərə bağlı ikinci bir nümunəyə rast gəlinməmişdir. Ölkərimiz arasındakı birlik və qardaşlıq hər iki ölkənin gücünə güc qatır. Verdikləri hər bir vədi tamlıqla yerinə yetirən Prezident İlham Əliyev və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan hər zaman olduğu kimi bu dəfə də verdikləri vədi zamanında və ən yüksək formada yerinə yetirdilər. Budur uzaqgörən və müdrik siyasət, budur qətiyyət və budur sözlə əməl arasındakı vəhdət.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasiminin keçirilməsi Türk Dünyası tarixinə qızıl hərflərlə həkk olan böyük zəfər bayramına çevrildi. Əlbətdə bütün bunlar ölkə liderləri Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, uzaqgörən siyasətinin nəticəsidir: “Bizlərə bu qürurlu və sevincli anları bəxş etdikləri üçün Prezident İlham Əliyevə və Prezident Rəcəb  Tayyib Ərdoğana sonsuz təşəkkür edirik. Tanrı Xalqlarımızı və ölkə Liderlərimiz cənab İlham Əliyevi və cənab Rəcəb Tayyib Ərdoğanı qorusun! Düşmənə göz dağı olan dostluğumuz və qardaşlığımız əbədidir!”