YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq nümunəsi, qardaşlıq təntənəsi dünya mediasının diqqətində...

Gürcüstanın aparıcı informasiya portalları və televiziyaları Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıl rayonlarına səfərləri, iştirak etdikləri tədbirlər və çıxışlar zamanı səsləndirdikləri fikirlərə geniş yer veriblər.

Gaxa.ge, aktual.ge, 24news.ge, interpress.ge informasiya portalları və 1.tv, maestro tv. televiziya kanallarının müxtəlif dillərdə yayımladığı materiallarda hər iki ölkə başçısının maraqlı fikirləri yer alıb.

Dövlət başçılarının Zəngilan aeroportunun açılışında, eləcə də Cəbrayılda iştirak etdikləri digər tədbirlərdə söylədikləri fikirlərə dair müxtəlif xəbərlər paylaşılıb.