YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir il ərzində ən müasir ikinci hava limanı

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanın açılış mərasimində iştirakı barədə məlumatlar yayımlayıb.

Yapon və ingilis dilində yayılan məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cəbrayıl şəhərində mətbuata birgə bəyanatına da geniş yer verilib.

Həmçinin məlumatlarda bu hava limanının regionun inkişafında mühüm rol oynayacağından bəhs edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri sitat gətirilib: “İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil”.

Məlumatlarda işğaldan azad olunan ərazilərdəki quruculuq işləri, Böyük Qayıdış, həmçinin Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə yanaşı, Azərbaycan və Türkiyə dövlət başçılarının mətbuat bəyanatlarından mühüm məqamlar da əksini tapıb.