YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astara Şəhidlərini anır

Oktyabrın 19 Astara rayonun Səncərədi kəndində 44 günlük Vətən Müharibəsi şəhidləri Ağayev Ramiq Təhsin oğlunun və Novruzov Şəhnin Şahlar oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Mərasimlərdə YAP Astara rayon təşkilatının sədri Həbib  Cəfərov, Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Turan Həsənzadə, YAP ƏPT sədrləri, partiya fəalları, Şəhidlərin valideyinləri, rayon ictimaiyyəti, şəhidin döyüş yoldaşları iştirak ediblər. YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxış edərək Dovlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhid ailələri və qazilərə olan böyük qayğısından danışıb, şəhidlərin yaxınlarına başsağlığı verib.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.