Xəbərlər
Şarl Mişel Aİ missiyasının sərhəddə yerləşdirilməsini alqışlayıb

Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsini alqışlayıram.
Bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviter hesabında paylaşım edib.
“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronla görüşün ardınca monitorinq imkanlarının Ermənistanda onun Azərbaycanla sərhədi boyunca yerləşdirilməsini alqışlayıram. Bu, etimad inşasına yardım edəcək və tezliklə Brüsseldə çağırılacaq sərhəd komissiyalarına Aİ-nin daha yaxşı dəstək verməsinə imkan verəcək”, - deyə o bildirib.