YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatında 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə və Partiyanın təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Ağstafa rayon Gənclər və İdman idarəsinin nümayəndələri, Ağstafa rayon Ağsaqqallar Şurasının üzvləri, partiya fəalları və qazilər iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Vurğulayıb ki, Ümummilli Liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Dövlət başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoydu.

Rayon təşkilatının sədri Etibar Hacıyev Yeni Azərbaycan Partiyasının fəaliyyətindən geniş bəhs edərək bildirib ki, partiyanın yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub. Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub.

Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynayıblar.

Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, partiyanın gənc fəalı Vüsal Həsənov, “Mədəniyyət şöbəsi” ərazi partiya təşkilatının sədri Gülgün Kərimov, Zəlimxan kənd tam orta məktəbin direktoru Qalib Cəfərov çıxışlarında Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyətindən danışıb, 30 illik yol qət edən partiyanın əldə olunan uğurlarından bəhs ediblər.

Daha sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən partiya üzvləri fəxri fərmanla təltif olunub, partiya sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv