YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Reklam haqqında” qanun layihəsi qəbul edilib

Milli Məclisin plenar iclasında “Reklam haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Parlamentin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, qanun layihəsinin üçüncü oxunuşda müzakirəyə təqdim olunan mətnində birinci və ikinci oxunuş zamanı deputatların təklifləri nəzərə alınıb. Qanun layihəsində Azərbaycan dilinin normalarına uyğunluq tələbi əsas götürülən məsələlərdən biridir. Eyni zamanda, layihədə “sosial reklam” anlayışına, onun hazırlanması və yayımlanması qaydalarına aydınlıq gətirilib. Belə ki, Azərbaycanda bütün reklam yayımçıları ümumi reklam vaxtının, nəşrlərdəki reklam yerlərinin, reklam qurğularının ən azı 8 faizini sosial reklamlar üçün ayırmağa məcbur ediləcək. Qanun layihəsinə əsasən teleradioda sosial reklamların vaxtı saat 9:00-dan saat 24:00-a qədər müəyyən edilib. Həmçinin tərkibində 5 faizdən yuxarı alkoqol olan içkilərin reklamının yayımlanma vaxtına da məhdudiyyət qoyulub və dövrü nəşrlərin üz, arxa qapağında belə reklamların yerləşdirilməsi qadağan edilib.