YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistan aqressiv siyasətini davam etdirməyə maraqlıdır

«Həmsədrlərin son bəyanatlarından məlum olur ki, Ermənistanın mövqeyində nəinki dəyişiklik yoxdur, hətta öz aqressiv siyasətini davam etdirməyə maraqlıdır». Bu fikri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, ötən ilin oktyabrında Paris danışıqlarının ardınca həm 47 min nəfərlik hərbi heyətin iştirakı ilə Azərbaycanın işğal altındakı Ağdam rayonu ərazisində hərbi təlimlərin keçirilməsi, helikopter avantürası , həm də digər bu kimi addımlar bir daha göstərir ki, Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur. Onun sözlərinə görə, belə bir vəziyyətdə münaqişənin həllində Ermənistanın konstruktiv mövqe sərgiləməsi inandırıcı deyil.

«Son zamanlar prezidentlər səviyyəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşün keçirilməsinə dair ziddiyyətli informasiyalar yayılmaqdadır. Hələ Azərbaycan tərəfi belə bir görüşün keçiriləcəyini təsdiqləməyib. Bu, sadəcə olaraq fərziyyə, versiya kimi irəli atılıb. Bu mənada həm Riqa sammiti çərçivəsində ciddi addım atılacağına inanmaq çox çətindir. Çünki qarşı tərəfin mövqeyində konstruktiv, pozitiv dəyişiklik yoxdur»- deyə, politoloq qeyd edib.