YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının ƏPT-lərində partiyanın yubiley tədbirləri keçirilir

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ərazi partiya təşkilatlarında partiyanın təsis olunmasının 30-cu ildönümü münasibətilə tədbirlər keçirilməkdədir.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirlərdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edən YAP Nizami rayon təşkilatının məsləhətçiləri Selcan Novruzova, Tünzalə Əliyeva, Aynur Abbasova və başqaları bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub.

Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. Əlavə edilib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Tədbirlərin sonunda partiya veteranları fəxri fərmanlarla təltif olunub, YAP-ın təsis olunmasının 30-cu ildönümü münasibətilə partiyaya qəbul olmaq istəyənlərin müraciətlərinə baxılıb.