YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı: əczaçılıq və tibb sənayesi bu gün və sabah” forumu keçiriləcək

Mayın 27-də Bakıda “Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı: əczaçılıq və tibb sənayesi bu gün və sabah” forumu Rusiyanın əczaçılıq və tibb məhsulları istehsalçılarının sərgisi keçiriləcək.

Tədbirin rəsmi texniki təşkilatçısı olan “İşıqlı şəhər” şirkətindən bildiriblər ki, Rusiya nümayəndə heyətinə Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov başçılıq edəcək.

Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyidir.

Forumun və sərginin təşkil olunmasından əsas məqsəd Rusiya ilə Azərbaycan arasında əczaçılıq və tibb sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi, potensial tərəfdaşların Rusiyanın və Azərbaycanın investisiya və ixracat potensialı ilə tanış edilməsi, iki ölkə arasında işgüzar əlaqələrin qaydaya salınması və ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsidir.

İşgüzar proqramda plenar iclasın, tematik “dəyirmi masa”ların, ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. Proqramda Azərbaycanın və Rusiyanın profil nazirlikləri və baş idarələrinin, biznes cəmiyyətinin, peşə assosiasiyalarının nümayəndələri iştirak edəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv