YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər hər an qəlbimizdədir!

Lerik rayonu Mistan kəndində şəhid Babayev Çingiz Sulduz oğlunun, Livədirqə kəndində isə Xüsusi Təyinatlı Qüvvələrin leytenantı şəhid Əkbərov Əmrah Şahid oğlunun anım mərasimləri keçirilib.

İldönümü mərasimlərində Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, partiya fəalları iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Mistan kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksini ziyarət edib, Vətənin qəhrəman övladlarının xatirəsini ehtiramla anıblar.

Sonra Mistan kənd qəbiristanlığında şəhid Çingiz Babayevin, Livədirqə kənd qəbiristanlığında isə şəhid Əmrah Əkbərovun məzarları ziyarət olunub, üzərilərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub.

Qeyd edək ki, 2001-ci il sentyabrın 21-də Lerik rayonu Mistan kəndində anadan olan Çingiz Babayev 2020-ci il oktyabrın 11-də Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlarına əsasən, o, ölümündən sonra “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olumasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

1998-ci il fevralın 21-də Lerik rayonu Livədirqə kəndində anadan olan Əmrah Əkbərov 2020-ci il oktyabrın 12-də Hadrut döyüşləri zamanı qəhramancasına şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlara əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” , “Hərbi xidmətlərə görə”  medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.