Xəbərlər
Şəhidlərin xatirələri anılıb

Goranboyda və Tərtərdə kəlbəcərli Vətən müharibəsi şəhidlərinin xatirələri anılıb.
Goronboy rayonu Xanqərvənd kəndində şəhid Muxtarov Taleh Həşim oğlunun və Tərtər şəhərində Rəhimli Bəxtiyar Nəsimi oğlunun şəhadətlərinin ildönümü münasibətilə anım mərasimləri keçirilib.
İldönümü tədbirlərində Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi istirakçıları və şəhid ailələri ilə isin təskili şöbəsinin müdiri Tural Oruczadə, RİH başçısının Çaykənd kənd inzibati ərazi üzrə nümayəndəsi İsmayıl Verdiyev, Zülfüqarlı kənd inzibati ərazi üzrə nümayəndəsi Xalıqverdi Nəsibov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin nümayəndələri, şəhidlərin ailə üzvləri və ictimaiyyət mümayəndələri iştirak ediblər.
Şəhidlərin məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Şəhid ailələri dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.