YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatında Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri, idarə, müəssisə rəhbərləri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, ölkəmizdə ilk dəfə olaraq Ağdamda keçirilən Foruma dünyanın 44 ölkəsindən olmaqla 130-dan çox təcrübəli mütəxəssisləri toplaşıb. Postmüharibə dövründə dağıdılmış şəhərlərin yenidən bərpası, dayanıqlı inkişafın təmin edilməsi və geniş əməkdaşlıq üçün bir fürsət rolunu oynayan tədbir Ağdamın tarixində hələ uzun illər iz buraxacaq. Qeyd olunub ki, tədbirin ən əsas məqamlarından biri də BMT-nin struktur rəhbərinin tədbirdə iştirak etməsi və erməni vəhşiliyini öz gözü ilə görməsi oldu. İ.İlyasovun sözlərinə görə, Prezident İlham Əliyevin forumda çıxışı zamanı “İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür” tezisi dünyaya erməni vandalizmi haqqında bir mesaj idi.

Digər çıxış edənlər Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa- quruculuq işlərindən danışıblar.