YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2015”-in məşəli Bərdədən Goranboya gətirildi

Birinci Avropa Oyunlarının məşəli mayın 14-də Bərdədən Goranboy rayonuna gətirilib.

Məşəlin qarşılanma mərasiminə minlərlə rayon sakini toplaşmışdı. Əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkil və plakatlar tutmuş sakinlər məşəl yürüşünün iştirakçılarını alqışlarla salamladılar.

Məşəli Avropa Oyunlarının rəmzi qapısında rayon idmançısı Xəyal Hüseynov qəbul etdi. Sonra 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında Ulu Öndərin adını daşıyan prospekt boyunca hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısına gəldilər.

Dünya çempionu Yalçın Qarayev səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırdı. İştirakçılar Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarxı maraqla izlədilər.

Sonra “Bakı-2015”-in çırağı yandırıldı. Rayonun gənc idmançısı, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu Elnur Həsənov çırağı Oyunlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim etdi.

Birinci Avropa Oyunlarının məşəli Goranboydan Naftalan şəhərinə yola salındı.