YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstan Prezidenti: Biz strateji tərəfdaşlığın aktivləşdirilməsi və genişləndirilməsi kursunun dəyişməzliyini təsdiqlədik

Biz strateji tərəfdaşlıq ruhunda dövlətlərimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə aktual məsələlərə dair məzmunlu danışıqlar, qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə məsələlərə dair fikir mübadiləsi apardıq.

Bu barədə Prezident Sadır Japarov Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.

Danışıqların dövlətlərimiz arasında qardaşlıq münasibətlərini xarakterizə edən tam qarşılıqlı anlaşma, açıqlıq, etibar mühitində keçdiyini vurğulayan Qırğızıstan Prezidenti deyib: “Biz strateji tərəfdaşlığın aktivləşdirilməsi və genişləndirilməsi kursunun dəyişməzliyini təsdiqlədik. Məmnuniyyətlə qeyd edirəm ki, Dövlətlərarası Şuranın fəaliyyətə başlaması və bu gün imzalanmış sazişlər əməkdaşlığımızın siyasi və ticari-investisiya sahələrdə fəal inkişafının əyani göstəricisidir”.