YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır!

Ağsu rayonunda torpaqlarımızın düşmən işğalından azad olunması və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən 44 günlük Vətən müharibəsi döyüşlərində qəhramancasına şəhid olan Səmədov Hüseyn Müşviq oğlunun anım mərasimi qeyd edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə rayonun Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər şəhid Hüseyn Səmədovun keçdiyi şərəfli ömür və döyüş yolundan bəhs ediblər.

Qeyd edək ki, şəhid Hüseyn Səmədov 1997-ci ilin avqust ayının 30-da Ağsu şəhərində anadan olub. O, 2020-ci il oktyabrın 8-də Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Hüseyn Səmədov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv