YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirələri yad olunub

Nizami rayonunda Vətən müharibəsi şəhidləri Qumaşov Anar Saleh oğlunun və leytenant Məcidzadə Teymur Tehran oğlunun doğum günlərində əziz xatirələri yad olunub. Bununla əlaqədar Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Anar Qumaşovun, Fəxri Xiyabanda isə leytenant Teymur Məcidzadənin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhid Anar Qumaşovun oxuduğu 238 saylı orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Rühəngiz Heydərova, şəhid Teymur Məcidzadənin məzunu olduğu Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və idarəetmə" fakültəsinin dekan müavini Zeynəb Qiyasova və başqaları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar.

Çıxışlarda 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfərinin ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunduğu vurğulanıb. Qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirəsinin uca tutulduğu ifadə olunub. Əlavə olunub ki, ömür yoluna böyük qəhrəmanlıq salnaməsini sığdıran Anar Qumaşovun və Teymur Məcidzadənin əziz xatirəsi əbədi olaraq qəlbimizdə və tariximizdə yaşayacaq.

Şəhid Anar Qumaşovun ailə üzvü Sevda Qumaşova və şəhid Teymur Məcidzadənin anası Yasəmən Camalova çıxış edərək xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirdə şəhid ailələrinin üzvlərinə təşəkkür mərasimi olub, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamlarına əsasən şəhid Anar Qumaşov "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları, şəhid Teymur Məcidzadə isə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.