YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada anım mərasimləri keçirilib

Astara rayonu Təngərüd kəndində 44 günklük Vətən müharibəsi şəhidi baş leytenant hərbi tibb qulluqçusu Fərəməzov Nurlan Əhliman oğlu və Alaşa kəndində şəhid Əhmədov Nihad Fuad oğlunun şəhadətlərinin ikinci ildönümü qeyd olunub.

Anım mərasimlətində Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Turan Həsənzadə, partiya fəalları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidlərin döyüş yoldaşları iştirak ediblər.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışılıb, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağı vurğulayıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.