YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA prezidenti: Cənubi Qafqazda fikir ayrılıqlarının həllinin vaxtı gəlib çatıb

Azərbaycan və Ermənistanı bütün fikir ayrılıqlarının həlli üçün səyləri ikiqat artırmağa, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün bərqərar olmasına töhfə verməyə çağırıram.

Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks qurumun payız sessiyasının açılışındakı çıxışında deyib. O, son vaxtlar Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinin insanlara mənfi təsir göstərdiyini bildirərək deyib: “Azərbaycan və Ermənistandan olan parlamentariləri Assambleyadan həssas və mühüm mövzuların müzakirə platforması kimi istifadə etməyə çağırıram”.

AŞPA prezidenti bildirib ki, artıq fikir ayrılıqlarının həlli üçün vaxt gəlib çatıb.